<< geriyə

Azərbaycan Respublikası Baş nazirinin müavini
cənab Elçin Əfəndiyevin salamlama çıxışı

Bu il Almaniyada keçirilən Azərbaycan Ili çərçivəsində ölkəmizi, onun iqtisadiyyatı və siyasətindən başlayaraq, incəsənəti və mədəniyyətinə qədər geniş bir şəkildə təmsil etmək ambisiyalı və cəsarət tələb edən bir addım olmuşdur. Lakin biz əminik ki, öz ənənələri və mədəniyyətinin qorunmasının qayğısına qalan, eyni zamanda gələcəyin və uğurlu tərəfdaşlıqların qurulması üçün səylər göstərən bir ölkə bugünki dünyamızda düzgün bir yol seçmişdir.

Bu təşəbbüsün həyata keçirilməsi nəticəsində ölkənizin təkcə tamaşaçı kütləsi tərəfindən deyil, eləcə də bütün tərəfdaşlar tərəfindən qəbul edilməyimiz müvafiq səylərimizi daha da gücləndirir. Biz “Almaniyada Azərbaycan İli 2008” bağlanış festivalının Ştutqartda öz himayəsi altında keçirilməsinə şərait yaratdığı üçün Baden-Vürttemberq Torpağına və onun Baş naziri cənab Qünter H. Öttinqerə xüsusi təşəkkürümüzü bildiririk. Bu gün biz, ümidlərimizi nəinki döğruldan, hətta onları təsəvvür etdiyimizdən də artıq bir şəkildə yerinə yetirən və çoxsaylı tədbirlərlə zəngin olan bir ilin başa çatmasını qeyd edirik.

Indidən fəxr hissi ilə deyə bilərik ki, ölkəmizin hüdudlarından kənarda təmsil edilən ən böyük Azərbaycan sərgisi artıq Berlin Etnologiya Muzeyində minlərlə insanın diqqətini cəlb etmişdir. Bu müvəffəqiyyətin müqabilində 2008-ci il qurtardıqdan sonra da Drezden şəhərində yerləşən Dövlət Etnoqrafiya Külliyatlarında sözügedən sərgi ilə tanış olmaq mümkün olacaqdır. Ümidvar olduğumuzu bildirmək istəyirik ki, Almaniyada keçirilən Azərbaycan İli çərçivəsində dərinləşdirdiyimiz çoxlu tərəfdaşlıq və dostluq əlaqələri bu il başa çatdıqdan sonra da davam edəcəkdir.





Əsas səhifə | Nəşriyyat | Deutsch