Hörmətli xanımlar və cənablar,
„2008-ci ildə Almaniyada Azərbaycan İli – Mədəniyyət proqramı“ çərçivəsində Sizlərə ölkəmizin mədəni irsini təqdim edə bildiyimizə görə böyük fərəh hissi duyuruq
İlk dəfədir ki, ölkəmiz bu qədər uzun müddət ərzində Avropada öz mədəniyyətini nümayiş etdirir. Almaniya ilə Azərbaycan arasındakı qarşılıqlı əlaqələrin onsuz da müsbət xarakter daşıyan inkişaf təmayülü bununla daha da intensivləşəcəkdir. „ Azərbaycan İli – Mədəniyyət proqramı”nın məqsədi milli mədəniyyətimizin çeşidli çalarlarını Almaniyada nümayiş etdirmək və hər iki ölkə arasında mövcud olan mədəni, siyasi və iqtisadi əlaqələri möhkəmləndirmək və genişləndirməkdir.
Azərbaycan İli - Mədəniyyət proqramı çərçivəsində şeçilmiş sənətkarlar öz əsərlərini və məharətlərini Almaniya Federativ Respublikasının müxtəlif federal əyalətlərində təqdim edəcək və göstərəcəklər. Bununla da biz mümkün qədər çox alman tamaşaçısını ölkəmizin mədəniyyəti ilə tanış etmək və onlara „Odlar yurdu“nun dünyanın ən qədim mədəniyyət mərkəzlərindən biri olduğunu nümayiş etdirmək istəyirik.
Geniş çeşidli və müxtəlif mədəni tədbirlərdən ibarət olan bu proqramla biz həmçinin keçmişimizə də nəzər salmaq istəyirik. Biz əminik ki, mədəniyyət əlaqələrin yaradılmasında və möhkəmləndirilməsində önəmli rol oynayır. 1991-ci ildə Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra 1995-ci il Bakı sazişi ilə Alman-Azərbaycan mədəni əlaqələrinin təməl daşı qoyulub. O zamandan bəri genişlənən mədəni mübadilə davam etməkdədir.Tarixi və müasir ünsürlər arasında rabitənin yaradımasında mühüm rol oynayan Azərbaycan İli - Mədəniyyət proqramı vasitəsilə biz bu dialoqun davam etməsini istəyirik. Buna nail olmaq məqsədilə Azərbaycan Respublikasının Almaniyadakı səfirliyi və Mədəniyyət və Turizm Nazirliyi layihənin reallaşdırılmasını konsaltinq və layihə hazırlanması üzrə ixtisaslaşan Dr.Gabriele Minz Məhdud Məsuliyyətli Cəmiyyətinə (Dr. Gabriele Minz GmbH) həvalə etmişdir.
Tezliklə Sizi bizim tədbirlərimizdə görməyə çox şad olardım.
Pərviz Şahbazov
Azərbaycan Respublikasının Almaniyadakı Səfiri







