
Azərbaycan haqqında qısa məlumat
Paytaxt Bakı
Ərazi 86.600 km²
Əhali 8.467.000 (mənbə 2006)
Dövlət forması Respublika
Dövlət dili Azərbaycan dili
Dövlət başçısı Ilham Əliyev
Müstəqilliyini elan edib 1991
Respublika günü 28 may
Valyuta AZN (Yeni Azərbaycan Manatı)
Saat qurşağı Mərkəzi Avropa vaxtı + 3 saat
Azərbaycan Cənubi Qafqazın şərqində, bilavasitə Xəzər dənizinin sahilində və Qafqaz sıra dağlarının qoynunda yerləşir. Şimaldan Rusiya Federasiyası, şimali-qərbdən Gürcüstan, qərbdən Ermənistan, cənubdan İran, cənubi-qərbdən Türkiyə, şərqdən isə Xəzər dənizi ilə həmsərhəddir. Ümumi ərazisi 86.600 km² -dir. Buraya həmçinin Naxçıvan Muxtar Respublikası (5.500 km²) və Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ da (4.400 km²) daxildir.
Azərbaycanda dünyada mövcud olan 11 iqlim qurşağından 9-na rast gəlmək mümkündür. Qumlu səhralar, buzlaqlar, bozqırlar, tropik meşələr, palçıq vulkanları, üzüm bağları, pambıq tarlaları, dəniz və uca dağ silsilələri dəyişkən relyef yaradaraq, rəngarəng, füsunkar heyvanat və bitkilər aləminin inkişafına səbəb olmuşdur. Azərbaycan təxminən 18.000 heyvan növünün, o cümlədən məməlilər fəsiləsinə daxil olan 102 heyvan növünün məskənidir. Ölkə həm də bəbir, ceyran, oxlu kirpi, çəhrayı flaminqo və suiti kimi ekzotik heyvanların da vətənidir. Bundan başqa, “Odlar Yurdunda“ şümşad ağacı, dəmirağac, nar, xurma və zəfəran kimi bitkilər də yetişir.
Azərbaycan bəşəriyyətin təşəkkül tapdığı ən qədim coğrafi məkanlardan biri hesab edilir. Bu ölkənin özünəməxsus zəngin mədəniyyəti də məhz Avropa və Asiya arasında yerləşən coğrafi mövqeyi ilə six bağlıdır. Türk, Qafqaz, Avropa və Asiya mədəniyyətlərinin çulğalaşan təsiri hər bir kəsi „Odlar Yurduna“ rəngarəng , yeni və dəyişkən təəssüratlarla zəngin bir səyahətə çıxmağa sövq edir.







