Azərbaycanın teatr ənənəsi
Azərbaycanda kukla teatrı klassik teatr ənənəsindən daha qədim köklərə malikdir. Həqiqətən də qədim İran ərazisi kukla teatrının beşiyi hesab olunur. Arxeoloji tapıntılar sübut edir ki, hərəkət etdirilən fiqurlar artıq qədim zamanlarda dini və mərasim bayramları üçün istifadə olunub. Kukla teatrı əhalinin bütün yaş təbəqələrini əhatə edən bir janrdır və geniş mövzu spektrinə malikdir.
Real hadisələri əks etdirən teatr tamaşalarının ənənəsi orta əsrlərə, dini teatr janrı olan şəbihin inkişaf etdiyi dövrə gedib çıxır. Burada bir qayda olaraq Məhəmməd Peyğəmbərin nəvəsi İmam Hüseynin faciəsindən bəhs edən əhvalatlar səhnələşdirilirdi.
Azərbaycanda, eləcə də, bütün islam aləmində peşəkar teatr sənətinin bünövrəsi 1873-cü ildə Bakı teatr cəmiyyətinin iclas zalında Mirzə Fətəli Axundovun əsərinin səhnələşdirilməsi ilə qoyulub. Sonralar teatr tamaşaları ilk növbədə neft maqnatlarının villalarında səhnələşdirilirdi. Yalnız 1919-cu ildə Azərbaycanda hökumət teatrının əsası qoyulmuşdur. Hazirda o, Akademik Milli Teatr adlanır.
Teatr rejissorları və dramaturqlar Əbdürrəhim bəy Haqverdiyev, Eynəli bəy Sultanov, Hüseyn Ərəblinski, Alexandr Torqanov, Sultan Dadaşov və Tofiq Kazımov Azərbaycan teatr sənətinin inkişafında aparıcı rol oynayıb. Hazırda Azərbaycanda 27 dövlət teatrı mövcuddur. Burada opera və operettalar, komediya, kukla teatrı və pantomima kimi teatr janrları nümayiş etdirilir.







