Azərbaycan xalq nağılları

Azərbaycan qədim və tarixi nağıl ənənələrinə malik olan bir ölkədir. İlk xalq nağılları e.ə. 6-7-ci əsrlərdə yaranmışdır. Şərq və Qərb arasında yerləşən Azərbaycan, əsrlərdən bəri müxtəlif mədəniyyətlərin çulğalaşdığı bir coğrafi məkan olmuşdur. Bu özünəməxsus xüsusiyyət özünü xalq nağıllarında daha aydın surətdə əks etdirir. Azərbaycan nağıllarında həm şərq, həm də yunan-ellin və ərəb mədəniyyətlərinin izlərinə rast gəlmək mümkündür.

Azərbaycanda nağıllar əsrlər boyu şifahi formada nəsildən-nəslə ötürülmüş və yalnız 20-ci əsrin əvvəlllərində yazılı şəkildə qeydə alınmışdır. Avropa nağıl mədəniyyətində olduğu kimi, Azərbaycan nağılları da nəsihətverici xarakter daşıyır. Qəhrəmanları heyvanlar olan nağıllarla yanaşı, mifik xarakterlər və fantastik elementlərlə zəngin nağıllara da rast gəlmək mümkündür.

Burada hər zaman Azərbaycan xalqının gündəlik məişət həyatı əks olunur. Sosial motivli nağıllarda yoxsullarla varlıların mübarizəsi önəmli yer tutur. Bu nağıllarda sadə çobanlar, dərzilər və ya da uşaqlar öz zirək qavrama və düşüncə qabiliyyətləri sayəsində varlılara və hökmdarlara qalib gəlirlər. Azərbaycan xalq nağıllarının əxlaq təlimi namus, mərdlik və ağıl kimi dəyərləri təbliğ edir.

Azərbaycan xalq nağılları toplusu ilk dəfə olaraq alman dilində 2007-ci ildə „Volksmärchen aus Aserbaidschan“ adı altında Köster nəşriyyatında işıq üzü görmüşdür. Onların tərcüməsi Liliane Grimm tərəfindən həyata keçirilib və bu nağıllar toplusunda 17 xalq nağılı və bir təmsil özünə yer tapib.





Əsas səhifə | Nəşriyyat | Deutsch